Ərdoğan İraq baş naziri ilə regionu müzakirə etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İraqın Baş naziri Məhəmməd Sudani arasında telefon danışığı olub.

Gununsesi.info  xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının məlumatında deyilir.

Liderlər Türkiyə ilə İraq arasındakı ikitərəfli əlaqələri, regional və qlobal məsələləri müzakirə ediblər.

Ərdoğan Türkiyə ilə İraqın müxtəlif sahələrdə əlaqələri inkişaf etdirəcəyini bildirib. O qeyd edib ki, terrorizmlə mübarizə mövzusunda əməkdaşlığı artırmaq hər iki ölkənin xeyrinədir.

Gununsesi.info