Ərdoğan: “Sinan bəylə aramızda bazarlıq olmayıb”

  • By admin
  • 23 May 2023 08:41

Prezident Rəcəb Tayyib Ərdoğan  TRT-nin ortaq yayımında gündəmi dəyərləndirib.

Gununsesi.info-nun xəbərinə görə, Ərdoğan çıxışında “Sinan bəylə mənim aramda qətiyyən heç bir bazarlıq olmayıb” deyə bu barədə fikirləri şərh edərkən deyib.

Prezident seçkilərinin ikinci turunda onu dəstəkləyəcəyini bəyan edən Sinan Oğana təşəkkür edən Ərdoğan, “Sinan bəylə buradakı ofisimizdə görüşümüz oldu. Bu gün o, bizə və “Cumhur İttifakı”na  dəstək verəcəyini bəyan etdi. Mən ona öz adımdan və bütün səyahət yoldaşlarım adından təşəkkürümü bildirirəm” deyə bildirib.

Ərdoğan bildirib ki, Sinan Oğan onların  terrorla mübarizə, türk dünyası ilə əlaqələr, vətənimizin yaşatılması ilə bağlı aydın mövqeyini dəyərləndirib: “O bunu  çox gözəl bilir. Biz bu məsələlərdə zərrə qədər də güzəştə getmirik”.

“Sinan Oğanla vitse-prezident və ya nazirlik kimi bir mövqe müzakirə edib-etməmisiniz” sualına Ərdoğan “Sinan bəylə mənim aramda qətiyyən bazarlıq olmayıb” deyib.

 

Tərcümə:

Afət Abbasova