Erməni əsirlərinin İrəvana transferini Avropa İttifaqı həyata keçirib – Şarl Mişel açıqlama verdi

  • By admin
  • 19 Dekabr 2021 14:45

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Azərbaycan tərəfinin saxlanılan erməni hərbçiləri Ermənistan tərəfə təhvil verilməsini alqışlayıb.

Şarl Mişel bu barədə “Twitter”də paylaşım edib.
“Azərbaycan Prezidenti və Ermənistan Baş naziri ilə müzakirələrin ardınca Bakının saxlanılan 10 ermənini azad etməsini səmimiyyətlə alqışlayırıq. Bu Brüsseldə müzakirə edildiyi kimi etimadı gücləndirmək üçün qarşılıqlı iradəni nümayiş etdirən mühüm humanitar jestdir”, – deyə o bildirib.
Aİ Şurasının Prezidenti qeyd edib ki, Aİ tərəfi saxlanılanların İrəvana transferin həyata keçirib.

Gununsesi.info