Erməni vəhşiliyini dünyaya çatdırmaq üçün əlimizdən gələni etməliyik

  • By admin
  • 31 Mart 2022 12:03

Bosniyalı siyasətçi Aliya İzzetbeqoviçin məşhur biz sözü var: “Nə edirsiniz edin, lakin soyqırımını unutmayın. Çünki unudulan soyqırımı təkrarlanar”. Bu gün 31 mart azərbaycanlıların soyqırımı günüdür və Azərbaycanda törədilən qətliamdan 104 il keçir. Əsrlər keçsə də xalqımıza qarşı törədilən vəhşilikləri unutmamaq və ibrət götürmək üçün mütləq şəkildə tarixə boylanaraq qan yaddaşımızı təzələməliyik.

Gununsesi.info  Publika.az- a istinadən bu günlə əlaqədar AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, Quba Memorial Soyqırımı Kompleksinin elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblının müsahibəsini təqdim edir.

– Tarix boyu dəfələrlə ermənilər azərbaycanlılara qarşı qırğınlar törədiblər. Ümumiyyətlə, xalqımıza qarşı törədilmiş soyqırımının tarixi kökləri haqqında nə deyə bilərsiniz? 

– Dünya tarixində 1918-ci ilə qədər “dövləti” olmayan haylar (ermənilər) çar Rusiyasının, regional və beynəlxalq güclərin hərtərəfli dəstəyi ilə tarixi Azərbaycan torpaqlarında Ermənistan Respiblikasını yaratdılar. Böyük dövlətlər Osmanlı imperiyasına və Türkiyə Respublikasına qarşı “erməni kartı”ndan məharətlə istifadə ediblər. Bütün tarixi faktlar, mənbələr, sənədlər, tarixi dini-mənəvi abidələr sübut edir ki, Qarabağ Azərbaycan ərazisi olub. Ermənilərin Cənubi Qafqazda, o cümlədən də Qarabağ ərazisində məskunlaşdırılması Rusiyanın hazırladığı strateji plana uyğun olaraq XIX əsrin əvvəllərindən başlanıb. Hələ I Pyotrun dövründə ermənilərin Cənubi Qafqaza köçürülməsi haqqında plan hazırlansa da, o vaxt bunu tam reallaşdırmaq mümkün olmayıb. Bu planın reallaşdırılması üçün əlverişli şərait XIX əsrin əvvəllərində meydana gəlib. “Dənizdən dənizə Böyük Ermənistan” və ya “Qara dənizdən Xəzər dənizinə kimi böyük Ermənistan” yaradılması kimi əsassız iddiaları mifik dövləti yaratmaq məqsədilə, ilk növbədə, türk və müsəlman xalqlarının məhvinə yönəldilmiş “ermənilik” ideyasını yayan hələ XIX əsrin axırlarında yaradılmış “Daşnaksutyun” partiyası olub. Bu ideyanın gerçəkləşdirilməsində ermənilər dünyanın hər yerində kütləvi qırğınlar, qətliamlar, terror aktları, soyqrımlar, soyğunçuluqlar, qarətlər və s. həyata keçiriblər. Xüsusilə qeyd etmək lazımdır ki, Ümummilli Lider Heydər Əliyevin 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı” haqqında verdiyi fərmanının ermənilərin cinayətkar və terror əməllərinin beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə çatdırılması baxımından çox böyük tarixi, siyasi və hüquqi rolu olub.

– 31 Mart  soyqırımının araşdırılması işləri hansı səviyyədə aparılıb. Yeni araşdırmalara ehtiyac var?  

– 1918-ci il avqust ayının 31-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin sədri Fətəli Xan Xoyskinin Gəncə şəhərində imzaladığı qərara əsasən, 7 nəfərdən ibarət Fövqəladə Təhqiqat Komissiyası (FTK) yaradılıb. FTK əvvəlcə Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin xarici işlər, sonra isə ədliyyə nazirlikləri yanında 1918-ci il iyulun 15-dən 1920-ci ilin aprelinə qədər rəsmi təhqiqat orqanı kimi fəaliyyət göstərib. Əsas məqsədi erməni daşnakların azərbaycanlıların həyatına və onların əmlakına qarşı cinayətlərini təhqiq etmək olub. FTK-nin sədri Ələkbər bəy Xasməmmədovun tapşırığı əsasında, komissiyasının üzvü Mirzə Cavad Axundzadə fotoqraf Litvinovun köməyi ilə Bakıda ermənilər tərəfindən dağıdılmış və yandırılmış binaların şəklini çəkib. Bakıdakı soyqırımı zamanı təxmini hesablamalara görə, 15-20 min azərbaycanlı qətliama məruz qalıb. Şamaxıda törədilmiş soyqırımla bağlı FTK tərəfindən hazırlanmış 23 qərar layihəsi və 72 cild, 952 vərəqdən ibarət təhqiqat materialları erməni silahlı dəstələri tərəfindən Şamaxı şəhəri və Şamaxı qəzası üzrə törətdikləri vəhşiliklər haqqında ətraflı məlumat verir.

– Beynəlxalq aləmdə ermənilərin qondarma “soyqırımı” yaxşı tanıdılıb, yoxsa bizə qarşı törədilən real soyqırımlar?

– Bildiyiniz kimi, tarixə, sənədlərə, dünyada erməni kartı və erməni amilindən istfadə məsəsləsinə baxdıqda görürük ki, “erməni soyqırımı” məsələsi ona görə yaxşı tanıdılıb ki, burada regional və  beynəxlalq güclərin maraqları olub. Həm xristian amili, həm Türkiyə və tarixi Azərbaycan torpaqlarına qarşı ərazi iddiaları, türk-müsəlman xalqlarına qarşı soyqırımı, etnik təmizləmə, köçürülmə siyasəti, regionun etnik-dini tərkibinin dəyişdriməsi, yeraltı və yürüstü sərvətlərin mənimsənilməsi və s. amillərdən istifadə kimi qondarma “erməni soyqırımı” və “erməni kartı”ndan bu günə qədər yararlanıblar. Bu siyasət bu gün də müxtəlif forma, metod və üsullarla davam etdirtilir. Təəssüf ki, tarixi Azərbaycan torpaqlarında və Anadaloluda yerləşdirilən, köçürülən ermənilərin etdikləri XX əsərin əvvəllərindən bu günə kimi qətl, qarət, soyqrımı, etnik təmizləmə, təcavüz, qətllər dünya ictimaiyyəti və dövlətləri tərəfindən yetərincə qəbul olunmayıb, tanıdılmasına da, qəbul olunmasına da maneələr törədilib. Bu, istər dünya dövlətlərinin, istər beynəxalq və regional təşkilatların, eləcə də QHT-lərin qəbul etdikləri qərar və mövqələrində də ikili münasibətdə, həm də onların maraqları baxımından verilən qərarlarda öz əksini tapır. Eləcə də bəzən təcavüzə və terorra məruz qalan Azərbaycan və Türkiyənin hüquqi faktlara istinad olunan haqlarının olmasına baxmayaraq, qondarma “erməni soyqımı”na münasibət müsbət olur. Təbii ki, bir daha qeyd edirəm, biz həmişə istər siyasət, istər hərb, istər diaspora, KİV və s. sahələrdə fəal olmalıyıq ki, haqq və hüququmuz bərpa olunsun.

– Azərbaycan başına gətirilən müsibətlərdən hansı dərsləri çıxarmalıdır?

– Daim Azərbaycan və Türkiyə, eləcə də digər türk-müsəlman xaqları olaraq regonal və beynəlxalaq güclərin “erməni kartı”ndan və ermənilərin başımıza gətirdiyi faciələrdən dərs almalı, onları unutmamalı, yad etməli, gələcək nəsillərə ötürməliyik. Bundan başqa həm yerli, həm də dünya ictimaiyyətinə azərbaycanlıların soyqırımının baş verdiyi tarixi şəraiti, türk-müsəlman əhaliyə qarşı törədilmiş soyqırımın səbəblərini, mahiyyətini, nəticəsini, erməni-daşnak, bolşevik və xarici qüvvələrinin tarixi məqsədlərini, erməni təcavüzkarlarının çirkin niyyətlərinin həyata keçirilməsinə havadarlıq edən regional və beynəlxalq qüvvələrin məqsədlərini, müstəqil Azərbaycan Respublikasının azərbaycanlıların soyqırımı ilə bağlı həyata keçirdiyi tədbirlərin mahiyyətini və əhəmiyyətini, beynəlxalq aləmə çatdırmalıyıq. Eyni zamanda, dünyaya ictimaiyyətinə azərbaycanlıların soyqırımına aid tarixi faktları izah etməli, azərbaycanlıların soyqırımına aid həm Azərbaycan, həm də xarici dilli mənbəşünaslığa, tarixşünaslığa, arxiv materiallarına, elmi ədəbiyyata, dövrü mətbuata, fotolara, AXC-nin Fövqəladə Təhqiqat Komissiyasının materiallarını, eləcə də tarixi sənədlərdən çıxış edərək azərbaycanlıların soyqırımını bəşəriyyyətə qarşı cinayət faktı kimi əsaslandırmağı, xarici dilli KİV-də gündəmdə saxlamağı, xarici ölkə tədqiqatçıları ilə birgə araşdırmalar aparmalı və məqalə, kitab yazmalı, xarici ölkələrin elmi-tədqiqat, araşdırma mərkəzləri, QHT-ləri, institutları, universitetləri ilə birgə seminar, konfranslar keçirərək Bakı, Quba, Şamaxı, Şərqi Anadolu, Naxçıxan, Zəngəzur, Salyan, Neftçala, Lənkəran, İrəvan, Cənubi Azərbaycanın Xoy, Salmas, Urmiya bölgələrinin şəhər, qəsəbə, kəndlərində və digər bölgələrdə baş vermiş soyqırım, etnik təmizləmə haqqında tarixi həqiqətlərin ətraflı şəkildə çatdırılması üçün əlimizdən gələni etməliyik.

Gununsesi.info