Ermənilər Ağdamdakı tarixi eksponatları özləri ilə aparıblar

  • By admin
  • 08 Noyabr 2020 15:50

Ermənilər işğal altındakı Ağdam rayonunda yerləşən Şahbulaq qalasında apardıqları qanunsuz arxeoloji qazıntıları zamanı aşkar etdikləri eksponatları, maddi-mədəniyyət nümunələrini, antropoloji parçaları naməlum yerlərə aparıblar.

Gununsesi.info-nun report-a istinadla məlumatına görə, bu barədə arxeoloji ekspedisiya qrupunun “rəhbəri” Hamlet Petrosyan özünün feysbuk səhifəsində məlumat verib.

Qeyd edək ki, 2006-ci ildən başlayaraq ermənilər Ağdam rayonunda yerləşən Şahbulaq qalasında qazıntılar həyata keçirir. İşğaldan sonra qalanın divarları üzərindən ornamental oymalar və yazılar silinib, mühafizə divarlarının bayır hissəsi, eləcədə daxili interyerləri sökülərək mişar daşları və erməni xaçları ilə əvəz olunub.

Ermənilər apardıqları qazıntılar zamanı eradan əvvəl və ilkin orta əsrlərə dair tapıntıları mənimsəyib.

 

 

Gununsesi.info