Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxa bilər

  • Müəllif: Firuzə
  • 28 Avqust 2025 13:12

Paşinyan Ermənistanın Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxa biləcəyini istisna etməyib.

Gununsesi.info xəbər verir ki, Ermənistan Baş naziri bu barədə bugünkü brifinqdə bildirib.

“Biz başa düşürük ki, Avropa İttifaqı və Aİİ-yə eyni vaxtda üzv olmaq mümkün deyil. Son seçim anı gələndə müvafiq qərar verəcəyik”, – Nikol Paşinyan qeyd edib.

 

Gununsesi.info