“Hava müxalifəti olmasa, iyunun 12-13-14-də Elmlər Akademiyasının bağında “Selcanın məmləkəti” həbsxana gündəliklərinin 5 cildinin marafonunu təşkil edəcəyik”.
Bu sözləri Gununsesi.info-ya journalist Əvəz Zeynallı deyib.
O bildirib ki, oxucularımızı, izləyicilərimizi yanımızda, aramızda görmək istəyirik.
Əvəz Zeynallı həmçinin deyib:
“Marafon ali məqsəd – yaşamaq uğrunda mübarizə üçün təşkil olunur. Marafon gününə sürprizimiz ola – yeni cildimiz də işıq üzü görə bilər! Ona çalışırıq…

Orxan












