FHN: 8 nəfər xilas edilib - VİDEO

  • By admin
  • 29 Sentyabr 2021 11:45

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Gununsesi.info nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 25 yanğına çıxış və 6 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 8 nəfər, o cümlədən Sabunçu rayonu ərazisində avtomobil yolu ötürücüsündə subasma nəticəsində avtomobildə köməksiz vəziyyətdə qalmış 2 nəfər xilas olunub. Gecə saatlarından başlanılmış yol ötürücüsünü basmış yağış sularının kənarlaşdırılması işləri hazırda davam etdirilir.

Gununsesi.info