FHN: Parlament prospektində avtomobildə baş vermiş yanğın söndürülüb

  • Müəllif: Admin08
  • 01 Oktyabr 2025 09:21

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu, Parlament prospektində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN Mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən “KİA” markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində minik avtomobilinin mühərrik hissəsi və salonu yanıb.

Gununsesi.info