Fitrə zəkatı nə qədər verilməlidir? - VİDEO

  • By admin
  • 27 Aprel 2022 09:22

“Fitrə zəkatı İslam dinində vacib hesab edilir və maddi vəziyyəti normal olan hər bir müsəlman Ramazan ayı bitmədən fitrə sədəqəsi verməlidir”.

Gununsesi.info “Xəzərxəbər”ə istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Hacı Surxay Məmmədli deyib.

Onun sözlərinə görə, fitrənin ümumi miqdarı ailə fərdlərinin sayına görə müəyyən edilir. Fitrənin pul şəklində miqdarını isə Qafqaz Müsəlmanları İdarəsi bu il adambaşı 10-15 manat həcmində müəyyənləşdirib:

“Maddi imkanı zəngin olan şəxslərin adambaşı 50 manat, normal olanların isə minimum 10-15 manat verməsi tövsiyə olunur. İmkanında çətinlik yaranan şəxslərin fitrə zəkatı çıxarmasına isə ehtiyac yoxdur. Fitrə bayram günü günorta namazına qədər ehtiyac sahiblərinə çatdırılmalıdır”.

Gununsesi.info