
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) mənşəyi məlum olmayan hepatit hallarını fəal şəkildə araşdırır.
Gununsesi.info xəbər verir ki, bunu ÜST-nin baş elmi işçisi Filippa İsterbruk bildirib.
Onun sözlərinə görə, indiyədək dünyada mənşəyi məlum olmayan 160-a yaxın kəskin hepatit halı təsdiqlənib, onlar mütəxəssislər tərəfindən fəal şəkildə araşdırılır:
“Bu xəstəliyin bir sıra müxtəlif amilləri, mümkün yoluxucu və qeyri-infeksion mənbələrini nəzərdən keçiririk”.
Gununsesi.info