Flora Kərimovadan Eltona cavab: “Tör-töküntülərimlə sənətkar olub...”

Xalq artisti Flora Kərimova Əməkdar artist Elton Hüseynəliyevin verilişlərdən birində onun haqqında dediyi fikirlərə münasibət bildirib.

Gununsesi.info xəbər verir ki, o, F.Kərimovanın oxuduğu ahnılardan hamısının yaddaqalan olmadığını söyləyib:

“Məsələn Flora xanımın 500 mahnısı varsa, 100-ü yağ-baldır, 400-ü dəxli yoxdur, hamıdan oxuyub. Amma şövkət xanıma baxın, 100 mahnı oxuyub, hamısı baldır.Çox mahnı oxumaq da bir şey deyil”.

Xalq artisti isə instaqram səhifəsində E.Hüseynəliyevə cavab olaraq yazıb:

“Düşünüb danışmaq gözəldir, çünki səsləndirdiyin fikrə görə üzür istəməyə lüzum qalmır. Vicdanınız sızlamadan, insanın duyğularını, ruhunu, yaşını, durumunu hesaba qatmadan nəyi istəsəniz, efirdə müzakirə edə bilərsiniz. Necə ki, edirsiniz və edəcəksiniz də.
Sənətim barədə danışmağa mənim tör-töküntülərimlə sənətkar olub sizə örnəklik edənlərin səviyyəsinə çatanda haqqınız olacaq. Sənətimi müzakirə etmək üçün isə sizin dilinizlə deyim Elton o “100 qaymaq mahnım yox, qızıl fondda qalan 400 dəxlisiz” oxuduğum mahnıların birinin səviyyəsində tək sən yox, elə ustadların daxil oxuya biləcəyiniz halda haqqınız çatar!

Elton, “elə demək istəməmişdim” deyəcəksiniz, mənəvi gücünüz çatacaqsa, üzr də istəyəcəksiniz, ya da heç istəməyəcəksiniz. Gözləntim də yoxdur. Nə vaxtsa qismət olsa, qarşılaşsaq, sizi öpüb yenə oğlum deyib qucaqlayacağam. Lakin, bu dünyadan nigaran köçməyimə daha bir təəssüfün səbəbkarı oldunuz.
Və bir də oğul, Allah qismət etsin, gəlib bir həddə çatacaqsınız. Kimsə ümidlə qapınızı döyər, biləcəksiniz ki, oxuyacağın şeir, mahnı, duet fərq etmir onun ruzi, çörək qapısını aralayır. Siz də özlüyünüzdə eqonuzu, təkkəbürünüzü sındırıb bir tikəyə, ümidə, sevincə vəsilə olacaqsız. Hələ onu da Allah nəsib eləsə o vaxt ayıq başınızla tək məni deyil, həyatı da başa düşəcəksiniz. Öpürəm oğul”,- deyə o əlavə edib.

Gununsesi.info