Gəncədə ağır qəza oldu: yaralanan var

  • By Ayshan
  • 11 Noyabr 2025 21:15

Gəncədə 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info -nun məlumatına görə, hadisə şəhərin Avtozavod qəsəbəsində baş verib. Hərəkətdə olan iki minik avtomobili toqquşub. Qəza zamanı 1978-ci il təvəllüdlü S.Əliyeva xəsarət alıb.Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info