Gələn il ünvanlı sosial yardımların məbləği artırılacaq

  • Müəllif: Firuzə
  • 24 Oktyabr 2025 10:11

2026-cı il üçün dövlət büdcəsində ünvanlı dövlət sosial yardımlarının verilməsi məqsədilə 465 milyon manat vəsait nəzərdə tutulub.

Gununsesi.info xəbər verir ki, bu, Milli Məclisə təqdim olunan 2026-cı ilin büdcə zərfində əksini tapıb.

Sənədə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının həddi 300 manata çatdırılacaq. Cari ildə bu göstərici 285 manat təşkil edir.

Eyni zamanda gələn il ünvanlı dövlət sosial yardımı alan aztəminatlı ailələrin əmlakının, dövlətə məxsus əmlakın və dövlət büdcəsindən maliyyələşən təşkilatlara məxsus nəqliyyat vasitələrinin icbari sığortası xərcləri üçün 26.2 milyon manat məbləğində vəsait proqnozlaşdırılıb.

2025-ci ildə ünvanlı dövlət sosial yardımı üçün ayrılmış vəsaitin məbləği 443.5 milyon manat təşkil edib.

 

Gununsesi.info