Gəncədə avtobus avtomobillə toqquşdu -Video

  • Müəllif: Şəbnəm
  • 18 Sentyabr 2024 17:31

Gəncədə sərnişin avtobusu qəza törədib.

Gununsesi.info xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospekti ilə Tağı Arani küçəsinin kəsişməsində qeydə alınıb.

İlkin məlumata görə sərnişin avtobusu minik maşını ilə toqquşub.

Hadisə zamanı sərnişin avtobusunun sürücüsü xəsarət alıb.

Faktla bağlı araşdırma başlanılıb.