Gəncədə bacı-qardaş kimyəvi maddədən yandı

  • Müəllif: Firuzə
  • 03 Oktyabr 2026 19:58

Gəncədə bacı-qardaş yanıq xəsarətləri alıb.


Gununsesi.info 
xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb. 1998-ci il təvəllüdlü T.Əliyev və onun bacısı 1996-cı il təvəllüdlü Ə.Əliyeva əl və üz nahiyələrinin yanığı diaqnozu ilə xəstəxanaya yeləşdirilib.

İlkin məlumata görə, onlar kimyəvi maddədən yanıq xəsarətləri alıblar, vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info