G20 toplantısında çəkiliş mərasimi bu səbəbdən LƏĞV EDİLDİ

  • By admin
  • 08 İyul 2022 09:10

Bali adasında keçirilən G20 nazirlərinin toplantısının iştirakçılarının ənənəvi şəkil çəkdirmə mərasimi “təxirə salınıb”.

Gununsesi.info “Kyodo” agentliyinə istinadla xəbər verir ki, bu, ABŞ xarici işlər nazirinin, eləcə də bir sıra digər ölkələrin nazirlərinin Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə bağlı orada iştirak etmək istəməməsi ilə bağlıdır.

Bu dəfə çəkiliş olmayacaq.

Amerika mediası daha əvvəl ABŞ dövlət katibi Entoni Blinkenin Lavrovun orada olduğu halda şəkil çəkdirmək istəmədiyi barədə məlumat yayıb.

Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi G20 xarici işlər nazirlərinin rəsmi şam yeməyində Lavrovun iştirak edə biləcəyinə görə iştirak etməmək qərarına gəlib .

Rusiyalı nazir G20 sammiti çərçivəsində bir sıra mühüm görüşlər keçirib. O, Çinin xarici işlər naziri Van Yi ilə də görüşüb.

Gununsesi.info