Gömrük əməkdaşları təlimə cəlb olunub

  • By admin
  • 28 Mart 2023 15:41

Dövlət Gömrük Komitəsinin Akademiyasında gömrük əməkdaşları üçün növbəti təlimlər başlayıb. Gununsesi.info-mnun xəbərinə görə, təlimin ilk günündə iştirakçılara tədris proqramının məzmunu barədə məlumat verilib, əldə ediləcək zəruri bilik və bacarıqların gömrük əməkdaşlarının fəaliyyətinin səmərəli şəkildə qurulması baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.

Qeyd edək ki, gömrük əməkdaşlarından ibarət 2 qrup şəklində təşkil olunan təlimlər 6 həftə davam edəcək.

 

Afət Abbasova

Gununsesi.info