Gündə 10-15 adamı tutmaq narkotiklə mübarizədə effekt verməyəcək - Vəkil deyir ki, istifadəçilərə müəyyən güzəştlər edilməlidir

  • By admin
  • 18 İyun 2022 22:33

Son bir neçə aydır ki, daxili işlər orqanlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi əməliyyatlar kütləvi hal alıb.

Demək olar ki, hər ay yüzə yaxın şəxs narkotik ittihamı ilə həbs edilir.

Tanınmış vəkil Zabil Qəhrəmanov Gununsesi.info-ya açıqlamasında kütləvi həbslərin problemdən çıxış yolu olmadığını deyib:

Mən düşünmürəm ki, hər gün 10-15  adamı tutmaqla problem həll ediləcək. Çünki,  mənbə və onları himayə edənlər işlərini davam etdirirlər. Hesab edirəm ki, narkotiklərlə mübarizə aparmaq üçün müəyyən addımlar atılmalıdır. Ən mühüm adfımlardan biri istifadəçilərə müəyyən güzəştlər edilməlidir. Güzəştlərdən biri mənbənin verilməsi ilə bağlı olmalıdır. Təcrübədə mənbə çox vaxt gizli saxlanılır. Bundan başqa mənbənin verilməsi özlüyündə cinayətin üstünün açılmasına yardım edilməsi kimi qiymətləndirilməli olduğu halda bunu etmirlər. Hesab edirem ki narkotiklərlə mübarizənin ən yaxşı üsulu narkotik satanlar və onları himayə edənlərin ifşa edilməsidir”.

Mayis 

Gununsesi.info