Gürcüstanın Baş naziri “Şərq Tərəfdaşlığı” sammitində iştirak edəcək

  • By admin
  • 14 Dekabr 2021 10:41

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili dekabrın 15-də Brüsseldə keçiriləcək “Şərq Tərəfdaşlığı” sammitində iştirak edəcək.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, hökumət başçısı nümayəndə heyəti ilə birgə Belçikaya yollanıb.

Sammitdə Gürcüstan üçün prioritet məsələlərin əks olunacağı siyasi bəyannamə qəbul ediləcək. Sənəddə “Şərq Tərəfdaşlığı”nın Avropa İttifaqı üçün strateji əhəmiyyəti, o cümlədən Gürcüstanın və onun tərəfdaşlarının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə dəstək bir daha təsdiqlənəcək.

İ.Qaribaşvili Brüsselə səfəri çərçivəsində yüksək səviyyəli ikitərəfli görüşlər də keçirəcək.

Baş nazirin rəhbərlik etdiyi nümayəndə heyətinə müavini, xarici işlər naziri Davit Zalkaliani və hökumət administrasiyasının rəhbəri İlya Darçiaşvili daxildir.

Gununsesi.info