Tanınmış aktrisanın meyiti evində tapıldı

  • By admin
  • 14 Dekabr 2021 10:52

“Kika” filmindəki baş rolu ilə məşhurlaşan ispaniyalı aktrisa Veronika Forke 66 yaşında dünyasını dəyişib.

Gununsesi.info “El Mundo” qəzetinə istinadən xəbər verir ki, aktrisanın meyiti Madriddəki evində tapılıb.

Nəşrin məlumatına görə, aktrisa son vaxtlar tez-tez depressiyaya düşürdü. Qadının intihar etdiyi ehtimal olunur.

Qeyd edək ki, Forke üç dəfə “Qoya” mükafatına layiq görülüb.

Gununsesi.info