Həbsdən çıxan “reket jurnalist” yenə əməllərini davam etdirir - HÜQUQŞÜNAS

“Uzun illər ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin himayəsi altında müxtəlif məmurları, sahibkarları, iş adamlarını şantaj edərək onların barələrində ifşaedici məlumatlar yayacağı ilə hədələyərək külli miqdarda pullarını alan “reket jurnalist”kimi tanınan Habil Vəliyev adlı şəxs mənə qarşı eyni hərəkətləri davam etdirir”.
Gununsesi.info xəbər verir ki, bunu mediaya açıqlamasında hüquqşünas Elnur Abbaszadə deyib.
Onun sözlərinə görə, Habil Vəliyev rəhbəri olduğu BakıTV.az adlı internet resursunda haqqında dezinformasiya yayaraq, həqiqətə uyğun olmayan, şər-böhtan xarakterli, rüsvayedici məqalələr dərc edərək onun şərəf və ləyaqətini alçaldaraq, işgüzar nüfuzuna xələləl gətirir .
“Habil Vəliyevlə bağlı lazım olan sənədləri məhkəməyə təqdim etmişəm. Əgər “reket jurnalist” dediyi kimi əlində hər hansısa faktlar varsa, mətbuatda işıqlandırmasını tələb edirəm.”
Hüquqşünas xatırladır ki, Habil Vəliyev məmurları, paytaxtda otel və motel işlədən sahibkarları, hətta yüngül əxlaqlı qadınları belə şantaj edərək onlardan müntəzəm olaraq külli miqdarda pul alması faktına görə, 2016-cı il dekabrında Dövlət Təhlükəsizlik Xidməti (DTX) əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılıb: “ Ona ittiham elan olundu. Məhkəmədə cinayəti sübut olundu. Görünür, bir neçə il həbs həyatı yaşayan bu adam islah olunmayıb. Onun haqqında kiçik araşdırma apardım və məlum oldu ki, adam yenə köhnə əməllərini davam etdirir. Müxtəlif adlar altında yaratdığı saytlar media reyestrindən keçməyib”.
Mais
Gununsesi.info