Həftənin ilk “Açıq mikrofon” aksiyası Xaçmaz rayonunda keçirildi - FOTOLAR

  • Müəllif: admin
  • 31 İyul 2023 19:26

SOCAR “Azəriqaz” İB-nin “Səyyar qəbul otağı” Xaçmaz rayonunun Qımılqışlaq kəndində təşkil olunub.

Aksiyaya qatılan sakinlərdən 6 nəfəri mikrofon önünə çıxaraq müraciətlərini ünvanlayıblar. Qımılqışlaq camaatı əsasən fərdi yaşayış evinin qazlaşdırılmasını, küçə qaz xəttinin çəkilməsini xahiş ediblər. Bir müraciət isə qaz xəttinin yerinin dəyişdirilməsindən ibarət olub.

Xaçmaz RQİİ-nin məsul şəxsləri görüşdə səsləndirilən hər bir problem və təklifin araşdırılaraq həllinə nail olunacağını bildiriblər.

 

Gununsesi.info