“Hərbi və insanlığa qarşı cinayətlər törədən Ermənistan indi də atəşkəsi pozur” - Türkiyə Milli Müdafiə Nazirliyi

  • By admin
  • 11 Oktyabr 2020 13:07

Türkiyə Milli Müdafiə Nazirliyi 10 oktyabrda qəbul edilmiş humanitar atəşkəsə baxmayaraq, işğalçı Ermənistan ordusunun bu gün gecə radələrində Gəncə şəhərini atəşə tutmasına sərt reaksiya göstərib.

Gununsesi.info xəbər verir ki, nazirliyin tvitter səhifəsində bununla bağlı açıqlama yerləşdirilib.

“Hərbi və insanlığa qarşı cinayətlər törədən Ermənistan indi də atəşkəsi pozur. Ermənistan atəşkəsdə belə mülki yaşayış məntəqələrinə hücumlarını davam etdirir. Beynəlxalq ictimaiyyət Ermənistana qarşı səsini yüksəltməlidir”, – deyə açıqlamada qeyd olunub.

Gununsesi.info