HHM bölmələrinin döyüş atışları keçirildi - VİDEO

2021-ci il üçün döyüş hazırlığı planına əsasən Hava Hücumundan Müdafiə (HHM) bölmələrinin döyüş atışları keçirilib.

Gununsesi.info bildirir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, atışlarının əsas məqsədi şəxsi heyətin zenit qurğularından istifadəetmə bacarıqlarının təkmilləşdirilməsi və bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsidir.

HTML tutorial

Hava hücumundan müdafiə vasitələrinin döyüş heyətləri tərəfindən aşkar olunan şərti düşmən hava hədəflərinin praktiki atışlarla məhv edilməsi tapşırıqları peşəkarlıqla icra edilib.

Gununsesi.info