“Hibrid”lər xaricdən gətirilən maşınların 11 faizini təşkil edir

2021-ci ilin yanvar-fevral aylarında ölkəyə 1 042 ədəd elektrik mühərriklə də hərəkətə gətirilən və yalnız elektrik mühərriklə hərəkətə gətirilən avtomobil idxal edilib və onların ümumi dəyəri 5 milyon 250,8 min dollar olub.

Gununsesi.info-nun Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 231 ədəd və ya 18,1 faiz azdır.

HTML tutorial

Təkcə fevral ayı ərzində 583 ədəd bu tipdə avtomobil idxal edilib və onların ümumi dəyəri 2 milyon 929,5 min dollar olub. Azərbaycan yanvar ayı ilə müqayisədə fevral ayında bu avtomobillərin alışını 124 ədəd və ya 27 faiz artırıb.

Gununsesi.info