Hikmət Hacıyev: Ermənilər humanitar yardım adı altında “Smerç” raketləri alıb

  • By admin
  • 11 Oktyabr 2020 09:57

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”dəki hesabında Ermənistan humanitar yardım çərçivəsində yeni “Smerç” raketləri alması ilə bağlı paylaşım edib.

Gununsesi.info xəbər verir ki, Hikmət Hacıyev yazıb: “Ermənistan humanitar yardım çərçivəsində yeni “Smerç” raketləri alıb. Dərhal Mingəçevirin dinc əhalisinə və energetika infrastrukturuna hücumlar başlandı. Sivil dünya və Ermənistanın arasında uyğunsuzluğa baxın”.

Gununsesi.info