Hüquq müdafiəçisi Baş Prokurora təşəkkür etdi - SƏBƏB

  • By admin
  • 06 Dekabr 2022 23:40

“”Tərtər işi” ilə bağlı bü gün verilmiş qərarlar bu işin tam açılmasına yaranmış inamı daha da gücləndirmiş oldu. Baş prokuror cənab Kamran Əliyevə və İstintaq Qrupunun rəhbəri cənab Qasım Məmmədova və Qrupun üzvlərinə təşəkkürümü bildirirəm”.

Gununsesi.info bildirir ki, bunu İnsan Hüquqları Klubunun rəhbəri Rəsul Cəfərov özünün sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, rəhbəri olduğu təşkilat bu  işin tam açılması üçün davam edən istintaq çərçivəsində atılması zəruri olan növbəti addımlarla bağlı Baş prokurorluğa rəsmi qaydada müraciət ünvanlayacağıq.

Günay

Gununsesi.info