Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonda yerləşən bank filiallarından birinin yeni təyin olunan müdirini qəbul edib.
Gununsesi.info xəbər verir ki, bu barədə icra hakimiyyətinin sosial şəbəkə səhifəsində məlumat verilib.
Görüşdə M.Məmmədov filial müdirinə uğurlar arzulayıb, həmçinin, rayonda maliyyə savadlılığının artırılması, yeni layihələrin icrası, sahibkarlığa dəstək göstərilməsi və sair mövzularda fikir mübadiləsi aparılıb.
***
Müstəqim Məmmədov “Unikal”a açıqlamasında bank filialı müdiri ilə görüşməsinin səbəbini açıqlayıb: “Bankomatların qoyulması ilə bağlı vətəndaşlar bizə müraciət edir. Uzaq kəndlər var, orada yaşayan vətəndaşlar istəyir ki, həmin kəndlərdə bankomatlar olsun. Biz onunla bağlı bank müdirini dəvət etdik ki, vətəndaşların bu xahişini yerinə yetirək. O da dedi ki, məşğul oluruq, mümkün olsa, kömək edəcəyik”.












