İcra başçısı səyyar görüşlərdə - FOTOLAR

  • By admin
  • 27 İyul 2022 12:41

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov sakinlərlə səyyar görüşləri davam etdirir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən səyyar görüşlər zamanı sakinləri narahat edən məsələlər yerində araşdırılır.

Növbəti görüş Gəncənin Bağbanlar yaşayış massivinin sakinləri ilə keçirilib. “Açıq mikrofon” şəraitində keçən görüşdə Niyazi Bayramovla yanaşı Millət vəkili Naqif Həmzəyev, YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, Nizami İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev, Nizami və Kəpəz bələdiyyələrinin sədrləri Qoşqar Məmmədov və Yaşar Abdullayev, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Görüşdə şəhid ailələri və Vətən müharibəsi işirakçıları üstünlük təşkil ediblər. Niyazi Bayramov bildirib ki, son 30 ildə olduğu kimi, Vətən müharibəsindən sonra da Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə xüsusi diqqət və qayğı göstərilməkdədir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların qayğıları ilə yaxından maraqlanır, problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirirlər. Dövlət başçısının tapşırıq və tövsiyyələrinə uyğun olaraq Gəncədə də şəhid ailələri və qazilər daim diqqətdə saxlanılırlar.

Görüşdə iştirak edən sakinlərin və həssas kateqoriyadan olan şəxslərin müraciətləri tək-tək dinlənilib. Müraciətlərin əsasını şəhid adının əbədiləşdirilməsi, mənzil uçotuna götürülmə, maddi yardımın göstərilməsi, fərdi yaşayış evinin təmiri, dərman preparatlarının verilməsi və digər məsələlər təşkil edib.

Səsləndirilən müraciətlərin bir çoxu yerindəcə öz həllini tapıb, digərlərinin araşdırılaraq qanunamüvafiq formada həlli üçün adiyyatı üzrə tapşırıqlar verilib.

Şəhid ailələri və Vətən mühəribəsi işirakçıları göstərilən diqqətə görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya, həmçinin şəhər rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.

Günay
Gununsesi.info