İctimai faydalı fəaliyyəti ilə fərqlənən vəkilə də ev dustaqlığı vermək olardı

  • Müəllif: admin
  • 29 Oktyabr 2025 08:12

Gəncə Apellyasiya Məhkəməsi tanınmış  vəkil Zabil Qəhrəmanovu həbsdə saxladı. 

5 saat çəkən məhkəmə prosesində Zabil Qəhrəmanov və müdafiəçiləri istintaqın bütün arqumentini darmadağın etsə də lakin məhkəmə bunları görməzdən gəldi.

Hüquqşünas Cavid Rəhimli Gununsesi.info-ya açıqlamasında Zabil Qəhrəmanovun həbsinin qanunsuz olduğunu bəyan edib.

Zabil bəyin həbs edilməsi əsassızdır. Həbs qəti imkan tədbiri cinayətdə ittiham olunan şəxsin digər tədbirlərlə istintaqdan qaçmasının, sübutlara və ya şahidlərə təsir göstərməsinin və ya cinayət fəaliyyətini davam etdirməsinin qarşısını almaq mümkün olmadıqda seçilə bilər.

Dövlətə xəyanətdə ittiham olunan şəxsə yaşını nəzərə alaraq ev dustaqlığı verilirsə, ictimai faydalı fəaliyyəti ilə fərqlənən vəkilə də ən pis halda ev dustaqlığı qətimkan tədbiri tətbiq edilə bilərdi”.

 

Firuzə Mahmudova

Gununsesi.info