İlham Əliyev: “ Yaranmış vəziyyətə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”

  • By admin
  • 16 Noyabr 2021 20:24

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 16-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışıb.

Gununsesi.info xəbər verir ki, İlham Əliyev söhbət zamanı Ermənistanın təxribatlarına toxunub:

 

“Azərbaycan tərəfindən yaralılar var. Ermənistanın təxribatlarına adekvat cavab verilir. Yaranmış vəziyyətə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Dəfələrlə Ermənistan tərəfi Şuşa, Laçın, Kəlbəcər istiqamətində hərbi təxribatlara əl atıb və Ermənistanın son genişmiqyaslı hücumu bu gün baş verib. Ermənistanın təxribatlarına adekvat cavab verilib. Yaranmış vəziyyətə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.

Gülnar

Gununsesi.info