İlham Əliyevdən Məsud Yılmazın vəfatı ilə bağlı başsağlığı

  • By admin
  • 30 Oktyabr 2020 20:56

Prezident İlham Əliyev Berna Yılmaza başsağlığı verib.

Gununsesi.info-nun məlumatına görə, mətndə deyilir:

“Hörmətli xanım Yılmaz.

Həyat yoldaşınız – qardaş Türkiyə Respublikasının dövlət xadimi və siyasi xadim Məsud Yılmazın vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır anlarda dərdinizə şərik çıxır, Sizə, əzizlərinizə və yaxınlarınıza dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!”

Gununsesi.info