
Sabiq MTN polkovniki, təhlükəsizlik üzrə ekspert İlham İsmayılın oğlu Cavidan İsmayılzadə saxlanılıb. Gununsesi.info bildirir ki, 1990-cı il təvəllüdlü İsmayılzadə Cavidan İlham oğlu İnterpol xətti ilə Çexiyada tutulub. Hazırda həmin ölkənin hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. İlham İsmayıl açıqlamasında bildirib ki, oğlunun sərhəddə sənədlə bağlı problemi yaranıb: “Hazırda vəkili problemi həll edir”.
Onun İnterpol tərəfindən saxlanıldığı bildirilir.
Şəbnəm
Gununsesi.info