İlin dünya idman ulduzunun adı açıqlandı – FOTO

  • By admin
  • 19 Dekabr 2020 14:16

BBC telekanalı 2020-ci il dünya üzrə lider olan idmançıların adlarını açılayıb.

Məğlubedilməz MMA döyüşçüsü Həbib Nurməhəmmədov ilin ən yaxşı dünya idman ulduzu seçilib.

Seçim ictimaiyyət arasında Böyük Britaniyanın “BBC Sport” telekanalı tərəfindən aparılıb.

Nəticədə Dağıstandan olan idmançı ən çox səs toplayaraq 2020-ci ilin dünya idman ulduzu olub.

Qeyd edək ki, Həbib Nurməhəmmədovun bu il Toni Ferqyusonla keçirilməli olan döyüşü pandemiya səbəbindən baş tutmayıb. Oktyabrın 24-də isə Castin Qeyciyə qalib gəldikdən sonra idmançı karyerasını bitirdiyini açıqlayıb.

Onu da bildirək ki, sabah 67-ci dəfə idmançılar arasında İlin Şəxsiyyəti nominasiyasında mükafatlandırma mərasimi olacaq. Burda Böyük Britaniyanın ulduz idmançısının da adı açıqlanacaq. Namizədlər arasında futbolçu Cordan Henderson, boksçu Tayson Fyuri və pilot Luis Hamilton kimi simalar var.

https://www.instagram.com/p/CI6mtIFIetr/?utm_source=ig_web_copy_link

 

Gununsesi.info