Tibb bacısı koronavirus peyvəndindən sonra huşunu itirdi – VİDEO

  • By admin
  • 19 Dekabr 2020 14:06

Tiffani Dover adlı tibb bacısı Tennessi xəstəxanasında “Pfizer” koronavirus peyvəndini vurdurduqdan sonra huşunu itirib.

Hadisə qadının peyvəndlənmədən sonra verdiyi reportaj zamanı qeydə alınıb. Tibb bacısı jurnalistlərə başının gicəlləndiyini bildirib, daha sonra isə yıxılıb.

“Bilirsinizmi, bütün işçilər peyvəndi almaqdan çox xoşbəxtdirlər. Və bilirəm ki, bu həqiqətən… Üzr istəyirəm, başım çox gicəllənir”,-deyən tibb bacısı bundan sonra huşunu itirib.

Amma həkimlər bu hadisənin peyvənd komponentləri ilə əlaqəli olmadığını iddia ediblər. Qadın da özünə gəldikdən sonra bildirib ki, o adətən ağrı hiss etdikdə huşunu itirir.

 

Gununsesi.info