Zaur “Xəzər”i “ATV”yə niyə dəyişdi?

  • By admin
  • 19 Dekabr 2020 13:48
Xəbər verdiyimiz kimi aparıcı Zaur Kamal bundan sonra ATV kanalında işə başlayacaq. Bu gün doğum günü olan aparıcı Moderator.az-a açıqlamasında bütün bunlara aydınlıq gətirib:
“Təbrikiniz üçün çox sağ olun. Bu gün doğum günü keçirmək ab-havasında deyiləm. Evdəyəm, istirahət edirəm. Bir az soyuq dəyib, dedim birdən koronavirusa yoluxaram. (Gülür) Həm də doğum günü keçirmək əhval-ruhiyyəsində deyiləm. Oğlumun ötən ilki çıxışını paylaşdım. İnsanlar da artıq nə demək istədiyimi başa düşdülər. İnşallah doğum günümü gələn il Şuşada qeyd edərik”.
Aparıcı ATV kanalında işə başlamasından da danışıb:
“İnşallah hər şey yaxşı olacaq. Təzə həftədən radioda verilişə başlayıram və ardından da yeni bir sürprizimiz olacaq. 23 il idi ki, Xəzər TV-də işləyirdim. Hər sahədə transfer olur. Təklif olanda və yaxud insanın öz istəyi olanda bir az istəyirsən ki, yenilik axtarasan. Eyni yerdə nə qədər işləmək olar. Hələ mən sadiq adamam ki, 23 il bir kanalda işləmişəm. Belə bir insan varmı, bilmirəm. Bu dəfə istədim ki, bir az fərqlilik olsun”.
Gununsesi.info