
Xəbər verdiyimiz kimi, bu gün Ədalət Partiyasının sədri, keçmiş baş prokuror İlyas İsmayılov 87 yaşında vəfat edib.
Gununsesi.info xəbər verir ki, cənazə sabah saat 11.00-da Heydər Məscidindən götürüləcək.
İlyas İsmayılov vəsiyyətinə uyğun olaraq, Nardaran qəbiristanlığında, oğlu Etimadın yanında dəfn ediləcək.
Yas mərasimi isə 20 fevralda Heydər Məscidində olacaq.
Allah rəhmət eləsin!