İran bəzi qonşu ölkələrə hücum edəcək - MÖHSÜN ECEİ PEZEŞKİANI TƏKZİB ETDİ

İran Məhkəmə hakimiyyətinin rəhbəri Qulamhüseyn Möhsün Ecei bəzi qonşu ölkələrə hücumları davam edəcəklərini bildirib. O regiondakı bəzi ölkələrin “düşmənin əlində olduqlarına” dair məlumat aldıqlarını və onların İrana hücum üçün istifadə edildiyini iddia edib.

Gununsesi.info xəbər verir ki, Ecei hazırda İranı rəsmi olaraq idarə edən 3 nəfərlik müvəqqəti şuranın üzvüdür. Həmin şuranın başqa üzvü Məsud Pezeşkian bu gün qonşu ölkələrə hücum etməyəcəklərini açıqlamışdı. O, qonşu ölkələrdən üzr istəmişdi.

Ecei həmçinin İranda sərt baxışları və SEPAH-a yaxınlığı ilə tanınır. O, İranda ilin əvvəlindəki etirazlardan sonra həbs edilən etirazçıların edamını dəstəkləyənlərdən olmuşdu.

İran konflikti başlayandan bu yana İran ərazisindən ərəb ölkələrinə o cümlədən Azərbaycana raket və dron hücumu olub. Ərəb ölkələri və Azərbaycan bu hücumları sərt tənqid ediblər.

Qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkian İrandan Türkiyə və Azərbaycan ərazisinə edilın dron hücumuna görə qonşu ölkələrdən üzr istəyib. İranın Xarici İşlər Nazirliyi də bu hücumu onlar tərəfindən edilmədiyini  bildirmişdir.

Gununsesi.info