İran PUA-ları soyuğa tab gətirə bilmədi, ruslar istifadəni dayandırdı

  • By admin
  • 11 Dekabr 2022 10:06

“İranın kamikadze dronlarından istifadə edən ruslar, PUA-lar soyuğa həssas olduğundan hava şəraitinə uyğunlaşmağa çalışıblar”.

Gununsesi.info xəbər verir ki, bu sözləri Ukraynanın Cənub Müdafiə Qüvvələrinin Birgə Əlaqələndirmə Mətbuat Mərkəzinin rəhbəri Natalya Qumenyuk deyib.

“Bu dronların sınaqları İranın yerləşdiyi bir qədər fərqli iqlim şəraitində baş tutub. İqlim şəraitimiz müəyyən şəkildə fərqlənir və digər məsələlərlə yanaşı, onları ən çox aerodinamika, temperaturun dəyişməsi zamanı buzlanma ehtimalı narahat edirdi ki, bu da uçuş performansına təsir göstərə bilər”, – o qeyd edib.

Qumenyukun sözlərinə görə, İran PUA-larının istifadəsindəki fasilə rusların hava şəraitinə uyğunlaşmağa çalışması ilə bağlıdır.

O, əlavə edib ki, hazırda Ukraynanın cənubunda temperatur müsbətdir, ona görə də ruslar yenidən Odessa vilayətində pilotsuz təyyarələr partiyasını buraxmaq qərarına gəliblər.

Gununsesi.info