İranda etirazların 100-cü günü: 500 nəfərin öldüyü təxmin edilir - EDAM GÜNÜNÜ GÖZLƏYƏNLƏR DƏ VAR

  • By admin
  • 26 Dekabr 2022 12:05

İranda 1979-cu il inqilabından bəri ən uzun sürən hökumət əleyhinə etirazlar 100-cü gününə qədəm qoyub.

Gununsesi.info BBC-nin  Fars xidmətinə istinadən bildirir ki,  iranlılar bu nümayişlərə görə ağır bədəl ödəyirlər.

“İranın İnsan Haqları Fəalları Xəbər Agentliyinin (HRANA) məlumatına görə, etirazlar zamanı 69-u uşaq olmaqla azı 500 nəfər həlak olub” deyə bildirilir.

İki nümayişçi edam edilərkən, daha 26 nümayişçi edamını gözləyir.

Ölkədə 2017, 2018 və 2019-cu illərdə uzunmüddətli etiraz aksiyaları keçirilsə də, son etirazlarda cəmiyyətin bütün təbəqələrindən olan insanların olduğu və etirazlara qadınların rəhbərlik etdiyi bildirilir.

Bəzi iranlı məşhur şəxslər etirazları dəstəklədikləri üçün ya saxlanılıb, ya da sürgünə getməli olublar.

Bu adlardan biri də İranın məşhur aktyorlarından olan Təraneh Əlidoostidir.

Əlidoosti Tehranın məşhur Evin həbsxanasında saxlanılır.

Məşhur aktrisa sosial şəbəkədə başı açıq foto paylaşaraq gənc etirazçının edam edilməsini pisləyib.

Alidoostinin ən məşhur filmlərindən olan Seller filminin rejissoru Əsgər Fərhadi də məşhur aktyora dəstək olub.

Ölkəni tərk etməli olan məşhur aktyorlardan biri olan Pegah Ahangarani  ölkədə hər iki tərəfin radikallaşdığını və İranın Məhsa Əmininin ölümündən əvvəlki dövrə qayıda bilməyəcəyini deyib.

Bu ayın əvvəlində ABŞ-a köçən aktrisa Həmid Fərroxnezhad İranın ali lideri Ayətullah Əli Xamneyini Franko, Stalin və Mussolini kimi diktatorlara bənzədib.

Bu aksiyaları əvvəlkilərdən fərqləndirən daha bir xüsusiyyət nümayişçilərin molotof kokteylindən istifadə etməsi olub.

 

Tərcümə:

Mais