İrandakı zəlzələdə yaralananların sayı açıqlandı

  • By admin
  • 24 Mart 2023 21:25

Bu gün İranda qeydə alınan zəlzələ nəticəsində yaralananların sayı açıqlanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə İranın Qərbi Azərbaycan Vilayətinin Böhran İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələ nəticəsində yaralananların sayı 165 nəfərdir. Eyni zamanda, xəsarət alanların sayının artacağı istisna edilmir.

Xatırladaq ki, bu gün səhər yerli vaxtla saat 07:16-da Naxçıvan stansiyasından 102 km cənub-qərbdə, İranın Xoy şəhərində 5,3 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar Naxçıvan MR-də 4-3 bala qədər hiss olunub.

Gununsesi.info