İrpeni ruslardan azad edən azərbaycanlı gənclə müsahibə - SİLAHLARIMIZ NATO -dan GƏLİB, RUSLARI MƏĞLUB EDƏCƏYİK!

  • By admin
  • 30 Mart 2022 18:47

Rusiyanın Ukraynaya faşist hücumu bütün dünyanın etirazına səbəb olub.
Putinin XXI əsrdə bir ölkənin ərazisini işğal siyasətinə qarşı çıxan xarici ölkələrdən könüllülər də Ukrayna üçün döyüşlərə  qoşulub.  

Belə şəxslərdən biri də Polşada təhsil alan həmyerlimiz Həsən Məmmədovdur. 
Gununsesi.info-ya müsahibəsində Həsən Ukrayna uğrunda döyüşə qatılmasını zəruri edən səbəblərdən danışıb:

– 28 yaşım  var ve Polşada  Magistr təhsili  alıram. Rusiya Federasiyasının  Ukraynanın   işğalına başladığı  ilk gunlərdə könüllü  kimi Polşa-Ukrayna sərhəddində  müharibə qaçqınlarına   kömək  üçün  yollandim.
2 gun orada kömək  etdikdən sonra Ukrayna prezidenti Volodomir Zelenskinin Ukrayna vətəndaşı  olmayanların da  döyüşlərdə  iştirak edə bilməsi üçün  sərəncamını eşitdim. Prezidentin Xarici Legion yaratdığını  öyrəndim. Bu legiona qoşulmağa  qərar verdim.  Sərhəddi keçərək təlim-toplanış məntəqəsinə  yaxinlaşdım. Hərbi  təhcizatlarımızı aldıqdan sonra döyüşlər  uçün Kiev cəbhəsinə  yollandiq. Hərbi  hissədə məndən  başqa  digər üç azərbaycanlı  və bir türklə  tanış oldum. Onlar Ukraynada daimi yaşayanlardır.
Daha sonra eşitdim  ki, burada döyüşən   daha çox  Azərbaycanlı var.

– Ukrayna  üçün daha hansı ölkələrdən adamlar döyüşür? 

– Gürcülər bizim  komandanın əksər hissəsini  təşkil  edir. Amma hərbi hissədə dünyanın  hər yerindən gələnlər var. ABŞ , Birləşmiş Krallıq, Kanada, Braziliya, Fransa, Kolumbiya, Hollandiya, Almaniya, İspaniya, Portuqaliya, İsrail, Cənubi  Koreya, Tacikistan və digər ölkələrdən də  döyüşçü var.

Hesab edirəm ki, bu, belə də olmalıdır. Ortada Rusiyanın bir ölkəni işğal istəyi var. Hamı buna qarşı çıxmalıdır.

– Bu günlərdə hansı qanlı döyüşdən keçmisən? 

– Biz Ukrayna Xüsusi Təyinatlı Qüvvələrindəyik. İlk döyüşümüz İrpen şəhərinin azad edilmesi uğrunda  başladı. Şəhərin  bir hissesi azad edildi.

17 martda doğum günümü də  bütün  günü döyüşdə keçirdim. Həmin döyüş  bizim uüçün  ən ağır döyüşlərdən oldu. Yenə İrprendə  hücum əməliyyatı zamanı rusların ağır  texnika ile hücumundan geri çəkilməli  olduq.  Meşədə komandamız pusquy salındı. Ruslar mən də daxil ayrılmış  olan 10-12 nəfərlik  heyəti  mühasirəyə  almağa cəhd etdi. Bir müddət  keçdikdən  sonra döyüşüb mühasirəni yardıq.
Gecə saatlarina qədər meşədə  minamyot yağışının  altinda yaralıları  və digər  komandadan ayrılanları  axtardıq. Təəssüf ki, komandamızın  2 üzvünü itirdik. David Ratiani və Gia Beroaşvili.
Yaralilari daşıdıqdan  sonra geri mövqelərimizə çəkildik.
Bu günlərdə isə İrpeni tamamilə azad etdik. Ruslar sıxışdırılmış vəziyyətdədir. Ukrayna ordusunda döyüş əzmi yüksəkdir. Qələbə bu ölkənin olacaq.

– Silah təchizatınız necədir? Müasir silahlar varmı?

– Bəli, bütün silahlar ən müasir silahlardır. Ruslarda belə silah yoxdur. Bizdə hamısı NATO silahlarıdır.

Mən XTQ-nin  snayperi vəzifəsindəyəm. Döyüş yoldaşlarım Məhəmməd   Cahangirov, Təyyar Bəşirzadə, Teymuraz Əliyev və Mustafa Kahraman adlı türk də böyük əzmlə döyüşür.

– Rusiya mediasında ruslara qarşı döyüşənləri muzdlu adlandırırlür. Siz bu döyüş üçün pul alırsınızmı?

 

– Böhtandır. Rusiya işğalına bütün dünya etiraz edir.  Heç bir puldan söhbət getmir. İnsanlar bu döyüşə qatılmaqla müasir dünyada işğala yer olmadığını göstərir. Biz burada hər gün ölümlə üz-üzəyik. Pula görə heç kəs ölüm risqinə girməz.

– Valideynlərinin xəbəri varmı ki, Ukrayna üçün döyüşdəsən?

– Əvcəl dedim ki, sərhəddə könüllü kimi qaçqınlara xidmət edəcəm. Sonradan bildilər, artıq gec idi. Narahat oldular, geri qayıtmağımı istədilər . Ancaq qayıtmadım.

– Müharibənin sonunu necə görürsən? Bu döyüşün qalibi kim olacaq?

– Mən inanıram biz qalib olacağıq. Rusiya tükənir. Gücü ancaq mülki obyektləri vurmağa çatır.
Bizdə isə ən müasir silahlardır. Hər gün onlarla texnikası məhv edilir. Elə bir gün olmur ki, qırıcıları, helikopterləri vurulmasın.

Pərviz Həşimli

Gununsesi.info