“Prezidentlərin görüşünə hazırlaşın” - Podolyak

  • By admin
  • 30 Mart 2022 19:04

Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Volodimir Zelenski yaxın vaxtlarda görüşə bilərlər

Gununsesi.info  xəbər verir ki, bunu Ukrayna Prezidentinin Aparat rəhbərinin müşaviri Mixail Podolyak onlayn brifinq zamanı deyib.

“Prezidentlərin görüşünə hazırlaşın. Bunun nə vaxt baş verəcəyi artıq daha çox logistik məsələdir. Çünki ruslar bizim təkliflərimizə baxmalı, onlara hansısa ilkin cavab verməlidir”, – Podolyak bildirib.

Onun sözlərinə görə, danışıqlar üzrə iş gedir. İşçi alt qruplar müəyyən mövqeləri izah etmək və ya aydınlaşdırmaq üçün onlayn əlaqə saxlayır.

Gununsesi.info