İŞİD-ın Kanadada öldürmək istədiyi şəxs azərbaycanlı imiş

  • Müəllif: admin
  • 22 Dekabr 2025 10:44

 

Xəbər verdiyimiz kimi, Kanadada İŞİD terror qruplaşmasına üzv olan 3 nəfər həbs edilib.  

Onlardan biri 18 yaşlı Osman Əzizov adlı Azərbaycan vətəndaşıdır.

 

Gununsesi.info-nun Kanadada yaşayan soydaşlarımızdan əldə etdiyi məlumata görə, Osman Əzizovun üzv olduğu qruplaşma Kanadada yəhudi diaspor qurumlarına qarşı terror törətmək istəyirmiş.

Qrupun hədəfində olanlardan biri də azərbaycanlı olub.

Bu, yəhudi əsilli Esmira Əsədovadır.

Bildirilir ki, yəhudi lobbisinin fəallarından olan Esmira Əsədovaya və qeyrilərinə qarşı terror törədilməsi nəzərdə tutulubmuş.

İddialara görə, vəkillərinin vəsatəti əsasında Osman Əzizov girov müqabilində sərbəst buraxılıb.

“Amma o, avtomobil oğurluğu, cinsi təcavüz, təhlükəli təyinatlı silahların saxlanması, girov götürmə ittihamı ilə üzləşib” deyə bildirilir.

BUNA DA BAX:

Azərbaycanlı gənc Kanadada İŞİD üzvü kimi həbs edildi

Firuzə Mahmudova
Gununsesi.info