İspaniyada küçədə maska taxmaq məcburi olacaq

  • By admin
  • 23 Dekabr 2021 09:17

Gununsesi.info xəbər verir ki, bu barədə çərşənbə günü El Pais qəzeti məlumat yayıb.

Məlumata görə, bu barədə hökumət başçısı Pedro Sançes region liderləri ilə görüşdə bildirib. Müvafiq fərmanın təsdiqi üçün dekabrın 23-də Nazirlər Şurasının fövqəladə iclasının keçirilməsi gözlənilir.

“La Vanguardia” qəzetinin məlumatına görə, baş nazir, həmçinin infeksiyanın yayılmasını izləmək və peyvənd etmək üçün ordudan istifadə etməyi təklif edib.

Pandemiyanın başlanğıcından indiyədək İspaniyada 5,5 milyondan çox yoluxma halı aşkarlanıb, 88,8 mindən çox xəstə ölüb. 2020-ci ilin dekabr ayının sonunda ölkədə peyvənd kampaniyasına start verilib. Hazırda 12 yaşdan yuxarı ispanların təxminən 90%-i artıq koronavirusa qarşı tam peyvənd olunub.

Hazırda İspaniyada infeksiyanın yayılma sürəti yenidən artıb.

Gununsesi.info