İsrail hərbçiləri 33 fələstinlini saxlayıb

İsrail ordusunun İordan çayının qərb sahilinin müxtəlif nöqtələrində 33 fələstinlini nəzarətə götürdüyü bildirilir.

Gununsesi.info fələstin mediasına istinadən xəbər verir ki, İsrail qüvvələri bu gün səhər saatlarında İordan çayının qərb sahilinin bir çox bölgəsində fələstinlilərə qarşı basqın edərək, Beytləhmin Taku qəsəbəsindən 33 fələstinlini nəzarət altına götürüblər.

Bu barədə İsrail tərəfindən məsələ ilə bağlı heç bir açıqlama verilməyib.

Bildirilir ki, işğal altında olan İordan çayının qərb sahili və Şərqi Qüdsdə evlərə tez-tez basqın edən İsrail qüvvələri müxtəlif ittihamlarla fələstinliləri tez-tez nəzarətə götürürlər.

Qeyd edək ki, fələstinlilərə qarşı törədilən basqınlara reaksiya verən sakinlər ilə İsrail əsgərləri arasında daima toqquşmalar davam edir.

 

 

Tərcümə:

Şəbnəm

Gununsesi.info