İsraildən Ərdoğana təbrik

  • By admin
  • 29 May 2023 09:17

İsrailin Prezidenti İsaak Herzoq Rəcəb Tayyib Ərdoğanı təbrik edib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Herzoq Ərdoğanı Prezidentlik seçkilərinin ikinci turunda qalib olması münasibəti ilə təbrik ünvanlayıb.

Sosial media hesabında paylaşım edən İsrail Prezidenti bunları yazıb:

“Prezident Ərdoğanı seçkilərdəki zəfəri üçün təbrik edirəm. Birlikdə çalışmağa davam edərək Türkiyə və İsrail arasındakı gözəl münasibətləri daha da irəliyə götürəcəyimizə inanıram”.

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info