İsveç Ukraynaya enerji təchizatı üçün 100 milyon dollardan çox vəsait ayıracaq

  • Müəllif: Orxan
  • 05 Fevral 2026 17:16

İsveç hökuməti 2026-cı ildə Ukraynaya enerji dəstəyi olaraq 1 milyard İsveç kronu (110 milyon dollardan çox) ayırmaq qərarına gəlib. 

Gununsesi.info xəbər verir ki, bu barədə İnkişaf və Xarici Ticarət naziri Benjamin Dous bildirib.

“İsveç yardımı dərhal Ukraynanın enerji təchizatını bərpa etmək üçün lazım olan elektrik stansiyalarına, qızdırıcılara və ehtiyat hissələrinə yönəldiləcək”, – deyə o bildirib.

Almaniya daha əvvəl Ukraynaya enerji dəstəyi olaraq 60 milyon avro ayırmışdı.

Maqsud

Gununsesi.info