İsveçin baş naziri ölkəsində Quranın yandırılmasına belə reksiya verdi

  • By admin
  • 23 Yanvar 2023 00:15

İsveçin irqçi Sıx İstiqamət Partiyasının (Stram Kurs) lideri, ifrat sağçı baxışları ilə tanınan və Danimarkada yaşayan Rasmus Paludan dünən Türkiyənin Stokholmdakı səfirliyi yaxınlığında Qurani-Kərimi yandırıb.

Qeyd edək ki, bu olay dünya mediasında böyük rezonansa səbəb olub.

Türkiyə bu hərəkətə sərt reaksiya verib. İsveçin Türkiyədəki səfiri Staffan Herrström Xarici İşlər Nazirliyinə çağırılıb.

Gununsesi.info xəbər verir ki, rəsmi Tvitter hesabından açıqlama verən İsveç Baş naziri Ulf Kristersson hadisəni “hörmətsizlik” kimi qiymətləndirərək, hadisədən narahat olan müsəlmanların yanında olduğunu bildirib.

Kristersson “Twitter”də “Söz azadlığı demokratiyanın əsas hissəsidir. Ancaq bir şeyin qanuni olması onun mütləq uyğun olduğu demək deyil. Çoxları üçün müqəddəs olan kitabı yandırmaq son dərəcə hörmətsizlikdir” deyə bəyan edib.

 

 

Tərcümə:

Afət Abbasova

Gununsesi.info